Tailand Kral Hərbi Hava Qüvvələri artilleriya atəşinə cavab olaraq sərhəd bölgələrində Kamboca ordusunun mövqelərinə hava zərbələri endirib.
"Report"un məlumatına görə, bu barədə Tailandın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Kambocada hava zərbələri yalnız komanda məntəqələri, pilotsuz uçan aparatların idarə edilməsi obyektləri, silah və sursat anbarları olub, mülki hədəflər olmayıb.
Kral HHQ-nin sözçüsü Çakkrit Thammavişay bildirib ki, kəşfiyyatın qaçılmaz təhlükəni açıq şəkildə təsdiqləməsi halında, hava qüvvələri Kamboca daxilində əməliyyatlar keçirməyə hazırdır.
Xatırladaq ki, Kamboca qüvvələri ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək, ölkənin dörd sərhəd əyalətində Tailand qoşunlarının 12 mövqesini kütləvi atəşə tutub. Tailand Kral Silahlı Qüvvələrinin Baş Qərargahı öz növbəsində bildirib ki, Kamboca hazırda sərhədə 130 km mənzilli 300 mm çaplı raketlərlə təchiz edilmiş PHL-03 çoxsaylı buraxılış raket sistemlərini yerləşdirir.