Tacikistanda COVID-19-a yoluxanların sayı artıb

Tacikistanda 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hazırkı dövrədək Tacikistanda 5 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, 52 nəfər vəfat edib, 278 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bundan başqa, müalicə alan 4 391 xəstə sağalıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10