Suriyanın şimalında baş verən partlayışda yeddi nəfər ölüb

Bakı. 3 may. REPORT.AZ/ Suriyanın Türkiyə ilə sərhədində yerləşən Aazaz şəhərində baş verən partlayışda 7 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli telekanal bomba yüklü avtomobilin partladıldığını məlumat verib.

Suriyada mövcud qruplaşmalardan heç biri hələlik hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09