Suriyada neft mədəninə terror hücumu olub, ölənlər var

Suriyanın şərqindəki Deyr ez-Zor əyalətində Əl Xarata neft mədəninə terror hücumu olub.

“Report” SANA-ya istinadən xəbər verir ki, naməlum şəxslər neftçiləri daşıyan avtobusa hücum ediblər.

Hadisə nəticəsində 10 nəfər neftçi ölüb, bir nəfər də yaralanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12