Suriya ölkə ərazisinə daxil olan İsrail qırıcısını atəşə tutub

Bakı. 15 fevral. REPORT.AZ/ İsrailin kəşfiyyat təyyarəsi çərşənbə günü Əl-Kunteyr şəhərinin ərazisində (Dəməşqin 40 kilometrliyi) Suriyanın hava məkanına daxil olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilir ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri kəşfiyyat təyyarəsinə atəş açaraq, onu ölkənin hava məkanından çıxmağa məcbur ediblər.

Digər xəbərlər