Suriya regiondakı vəziyyəti nəzərə alaraq yerli vaxtla saat 15:00-a qədər öz hava məkanını bağlayıb.
“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mülki aviasiya və hava nəqliyyatı idarəsinin rəhbəri Aşhad əs-Sleybi elan edib.
"Uçuşların təhlükəsizliyini təmin etmək üçün Suriya səması saat 15:00-a qədər bağlı olacaq", - SANA onun sözlərindən sitat gətirir.