"Sprut" serialının ulduzu Remo Cirone vəfat edib

İtaliyalı aktyor Remo Cirone 76 yaşında Monakoda vəfat edib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Cirone 50-dən çox filmdə rol alıb, lakin əvvəlcə komissar Kattaninin, sonra isə hakim Silvia Kontinin mübarizə apardığı "Sprut" ("La Piovra" – red.) serialındakı mafioz Tano Kariddi rolu ilə şöhrət qazanıb.

O, həmçinin Ceyms Menqoldun "Ford Ferrariyə qarşı" və Antuan Fukuanın "Daha bərabərləşdirici 3" kimi Hollivud filmlərində çəkilib.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03