Somalidə partlayış törədilib, ölən və yaralananlar var

Somalinin paytaxtı Moqadişu şəhərində partladıcı qurğu yüklənmiş avtomobilin partladılması nəticəsində 90-dan çox ölən var, aralarında uşaqların da olduğu onlarla yaralı xəstəxanalara yerləşdirilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində universitetə məxsus avtobus yanıb, bir neçə dükan və bir yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.

Hələlik hadisənin məsuliyyətini heç kəs üzərinə götürməyib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09