Şolts: "NATO ölkələri Rusiya ilə birbaşa münaqişədən qaçmalıdır"

NATO ölkələri Ukraynanı dəstəkləmək üçün atılan addımları ölçüb koordinasiya etməli və eyni zamanda alyansla Rusiya arasında birbaşa münaqişənin olmamasına əmin olmalıdırlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münhendə keçirilən təhlükəsizlik konfransında deyib.

Onun sözlərinə görə, Ukraynanı dəstəkləmək və eskalasiyadan qaçmaq arasında balans qorunmalıdır.

Digər xəbərlər