Slovakiyada vertolyot qəzaya uğrayıb

Bakı. 8 aprel. REPORT.AZ/ Slovakiyanın şimal-şərqində yerləşən Spişska-Nova-Ves aerodromu yaxınlığında vertolyot qəzaya uğrayıb.

“Report” xəbər verir ki, hava gəmisində iki nəfər olub. Nəticədə 56 yaşlı kişi və 42 yaşlı qadın xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

Digər xəbərlər

Panama kanalında tıxac yaranıb 21 mart, 2026 / 03:45