Bakı. 22 iyul. REPORT.AZ/ KXDR-nin (Şimali Koreya) "Air Koryo" aviaşirkətinə məxsus təyyarə Çinin şimal-şərqində Şenyan şəhərindəki aeroporta təcili eniş edib.
"Report" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, təyyarənin təcili yerə enməsinə səbəb yanğın olub.
Bu barədə sərnişinlərdən biri agentliyə məlumat verib.
Təyyarə Pxenyandan Pekinə uçurdu.