Seulun hava limanında iki təyyarə toqquşub

Bakı. 26 iyun. REPORT.AZ/ Çərşənbə axşamı Seulun Kimpho beynəlxalq hava limanında "Korean Air" və "Asiana Airlines" aviaşirkətlərinə məxsus iki təyyarə toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi yazıb.

Bildirilir ki, "Korean Air"in təyyarəsi qəza nəticəsində "Asiana Airlines" avialaynerinin qanadını zədələyib.

Qəza zamanı təyyarələrdə sərnişin olmayıb.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12