​Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatlarına başlamağa hazırdır

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri Suriyada yerüstü əməliyyatlara başlayarsa, Səudiyyə Ərəbistanı da ora qoşun göndərməyə hazırdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Səudiyyənin müdafiə nazirinin müşaviri, briqada generalı Əhməd Asseri bildirib.

"Krallıq koalisiyanın Suriyada (İŞİD-ə qarşı) həyata keçirmək üçün razılaşdıra biləcəyi istənilən yerüstü əməliyyatlarda iştirak etməyə hazırdır", — deyə "Reuters" hərbçinin bəyanatını sitat gətirir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12