​Səudiyyə Ərəbistanı da Yəməndəki səfirliyini bağlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı husilərin dövlət çevrilişindən sonra səfirliklərini bağlayan və diplomatlarını çıxaran Qərb ölkələrinin ardından Yəməndəki diplomatik heyətini təxliyə edib.

"Report" xəbər verir ki, Ər-Riyad səfirliyin təxliyə edilməsini paytaxt Sənada siyasi vəziyyətin pisləşməsi və ümumi stabilliyin pozulması ilə izah dib.

Şiələrin dövlət çevrilişindən sonra ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Yəməndəki səfirliyini bağlayıb.

Digər xəbərlər