Panamada baş verən zəlzələ altı mindən çox insana təsir edib

Panamadakı zəlzələ altı mindən çox insana təsir edib, bununla belə tələfatın qarşısını almaq mümkün olub.

"Report" xəbər verir ki, bu barədə respublikanın prezidenti Xose Raul Mulinonun "X" sosial şəbəkəsində yayımlanan xalqa müraciətində qeyd olunub.

"Hazırda 1 744 ev yoxlanılıb, 6 174 nəfər zərər çəkib. Yoxlamalar aparıldıqca bu rəqəm yenilənəcək", - dövlət başçısı məlumat verib.

O vurğulayıb ki, yeraltı təkanların dağıdıcı gücü böyük olub və mütəxəssislər zərərin miqyasını qiymətləndirməyə davam edirlər. Bununla yanaşı, hökumət artıq ərzaq və içməli suyun çatdırılmasını, yolların və körpülərin bərpasını, eləcə də elektrik enerjisinin verilməsini təmin edir.

"Kömək və həll yollarının onlara ən çox ehtiyacı olanlara çatması üçün zəruri olan resurslara qənaət etməyəcəyəm", - Mulino bildirib.

Çərşənbə axşamına keçən gecə Panamada 6,4 maqnitudalı zəlzələ baş verib. Bundan əvvəl - cümə günü Panamada 7,7 maqnitudalı güclü zəlzələ qeydə alınmışdı. O zaman azı 27 nəfər xəsarət almışdı.

Digər xəbərlər