Səudiyyə Ərəbistanı ABŞ-dən İsraillə eyni beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrini alacaq.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi və Baş nazir Məhəmməd bin Salman Əl Saudla danışıqların əvvəlində açıqlayıb.
Trampdan Səudiyyə Ərəbistanına tədarük edilən F-35-lərin İsrailə tədarük olunanlardan daha aşağı qiymətə olub-olmayacağının aydınlaşdırması istənilib.
"Mənə gəldikdə, hər iki ölkənin yüksək keyfiyyətli məhsul almalı olduğuna inanıram", - o deyib.