Bazar günü təyyarə qəzasının baş verdiyi Şeremetyevo aeroportu işini ştat rejimində bərpa edib. Hava limanı 24 saat ərzində reyslərin yerinə yetirilməsi cədvəlini yoluna qoymağı planlaşdırır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu bazar günü jurnalistlərə hava limanının mətbuat xidməti bildirib.
"Şeremetyevo aeroportu iki uçuş-eniş zolaqlı ştat iş rejiminə keçib. Qarşıdakı 24 saat ərzində aeroportun mərkəzi cədvələ əsasən reyslərin yerinə yetirilməsi cədvəlinə daxil ediləcək", - deyə məlumatda bildirilir.