Serbiyada təyyarə qəzası nəticəsində kişi və qadın ölüb

Bakı. 17 may. REPORT.AZ/ Çərşənbə günü Belqrad ətrafında idman təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Serbiya milli televiziyası məlumat yayıb.

"Təkmühərrikli təyyarənin Zemun-Poledə yerə düşməsi nəticəsində bir kişi və bir qadın dünyasını dəyişib", — deyə telekanalın məlumatında bildirilir.

Təyyarənin modeli açıqlanmır. Qeyd olunur ki, idman aerodromu dəmir yolu xəttindən 70 metr aralıda yerləşir və uçuş mydançası asfaltsızdır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12