Səfir: "ABŞ və Rusiya prezidentlərinin təkbətək görüşü iyulun 16-da Helsinkidə baş tutacaq"

Bakı. 5 iyul. REPORT.AZ/ İyulun 16-da ABŞ-ın prezidenti Donald Trampın Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü nəzərdə tutulub. Daha sonra geniş tərkibdə görüş və nahar ğözlənilir. 

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman jurnalistlərə brifinqdə məlumat verib. 

Donald Tramp iyulun 16-da axşam saatlarında ABŞ-a qayıdacaq.

Digər xəbərlər