Rusiyanın Ukraynanın qərbindəki Ternopol şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 31-ə çatıb.
"Report"un məlumatına görə, bu barədə Ukrayna Milli Polisinin teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, dağılmış binanın qalıqları altından xilasedicilər daha üç nəfərin - bir qadın və iki uşağın meyitini çıxarıblar.
"Ölənlərin sayı 31-dir, onlardan altısı uşaqdır. Yaralananların sayı 94-dür, o cümlədən 18-i uşaqdır", - qurumdan bildirilib.
Eyni zamanda qeyd olunub ki, ölənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hələ də itkin düşmüş hesab edilən insanların axtarışı davam edir.