Rusiyada yol qəzasında üç nəfər yanaraq ölüb

Rusiyanın Xabarovsk diyarında Xabarovsk-Lidoqa-Vanino avtomobil yolunda ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə diyarın Dövlət Yol Müfəttişliyi məlumat yayıb.

Qeyd olunub ki, iki avtomobilin toqquşması nəticəsində dörd nəfər dünyasını dəyişib, onlardan üçü isə qəza zamanı yanan avtomobildə olub.

Vurğulanıb ki, xəsarət alan iki azyaşlı sərnişin tibb müəssisəsinə aparılıb. Hadisənin baş vermə şəraiti, ölən və yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Xəbər lenti