Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

Bakı. 8 oktyabr. REPORT.AZ/ Rusiyanın Stavropol diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzaya uğrayan təyyarənin yandığı bildirilir.

Təyyarənin xüsusi şirkətə məxsus olduğu ehtimal edilir. Hadisə yerinə təhqiqat qrupu cəlb edilib. 

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. 

Digər xəbərlər

Aktyor Mario Adorf vəfat edib 09 aprel, 2026 / 15:07