Rusiya Ukraynanın Pilotsuz Uçuş aparatları Qüvvələri komandanını beynəlxalq axtarışa verib

Ukrayna Silahlı Qüvvələrinin yeni yaradılan qoşun növü - Pilotsuz Uçuş aparatları Qüvvələri komandanı Robert Brovdini Rusiya beynəlxalq axtarışa verib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Robert Brovdinə bununla bağlı bildiriş gəlib.

Qeyd edək ki, Pilotsuz uçuş aparatları Qüvvələri Ukrayna Silahlı Qüvvələrində bu ilin əvvəlində yaradılıb. Son aylar bu qoşun növü Rusiyanın dərinliklərinə ardıcıl zərbələr endirir.

Digər xəbərlər