Rusiya qoşunları Ukraynada 10 istiqamətdə aktiv döyüş əməliyyatlarını davam etdirir.
Bu barədə "Report" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verib.
Bildirilib ki, ən yüksək intensivlik Pokrovsk istiqamətində qeydə alınıb.
Baş Qərargahın məlumatına görə, dünən Rusiya qoşunları Ukrayna ərazisinə 3 raket və 55 aviasiya zərbəsi endirib, 150 idarə olunan aviasiya bombası və 4 raket atıb.
Bundan başqa, 4597 kamikadze-drondan istifadə edilib və Ukrayna qoşunlarının mövqeləri və yaşayış məntəqələri 3875 dəfə atəşə tutulub.
Eyni zamanda, Rusiya xüsusilə Dnepropetrovsk vilayətinin Podqavrilovka, Zaporojye vilayətinin Qulyaypole və Vozdvijovka yaşayış məntəqələrinə idarə olunan bombalarla zərbələr endirib.
Baş Qərargah, həmçinin bildirib ki, dünən Rusiya qoşunlarının Odessa vilayətinin liman infrastrukturuna ballistik zərbə endirməsi nəticəsində 8 nəfər həlak olub, 27 nəfər yaralanıb.