Rumıniyada hökumət xərcləri azaldılır

Rumıniyada dövlət xərclərinin azaldılması haqqında fərman qəbul edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Adrian Kiçiu Nazirlər Kabinetinin iclasından sonra bildirib.

“Hökumətin bu tədbirləri dövlət pullarının daha düzgün, daha səmərəli xərclənməsinə yönəlib”, - “Agerpress” agentliyi nazirin sözlərindən sitat gətirib.

Sənəddə, o cümlədən, hər bir nazirlik üzrə aylıq xərc limiti, səhiyyə və təhsil sahələri istisna olmaqla, əmlak və xidmətlərə, o cümlədən avtomobillərə, mebellərə, dəftərxana ləvazimatlarına çəkilən xərclərin 10% azaldılmasını nəzərdə tutulur.

Həmçinin bu il dövlət qurumlarında təyinatlar da dayandırılacaq və dövlət orqanlarının rəhbərlərinin aparatında hazırda 900 nəfərə çatan müşavir postlarının sayı 50% ixtisar ediləcək.
 

Digər xəbərlər