Rumıniya hökuməti Ukrayna üçün ABŞ-dən silah alışını təmin edən PURL mexanizminə qoşulmağa qərar verib.
"Report" xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana Tsoyu sosial şəbəkələrdə bildirib.
Onun sözlərinə görə, Rumıniya PURL təşəbbüsünü 2025-ci il üçün büdcə limiti çərçivəsində 50 milyon avro məbləğində töhfə ilə dəstəkləməyi qərara alıb.
"Rumıniyanın PURL-a töhfəsi Ukraynanın potensialını gücləndirməklə uzunmüddətli sülhə nail olmağa kömək edəcək. Rumıniyanın ABŞ-nin himayəsi altında PURL mexanizmində iştirakı regional təhlükəsizliyin gücləndirilməsinə birbaşa töhfə verir və ölkənin NATO çərçivəsində və ABŞ ilə strateji tərəfdaşlıq üzrə öhdəliklərinə tam uyğundur", – nazir qeyd edib.