Rubio: ABŞ yardımının yalnız 10-13 %-i alıcılara çatır

ABŞ yardımının yalnız 10-13 %-i nəzərdə tutulan alıcıya çatır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio San-Xosedə Kosta-Rika Prezidenti Rodriqo Çaveslə birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

Rubio ABŞ Prezidenti Donald Trampın sərəncamı ilə fevralın 3-də faktiki olaraq dayandırılan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əvvəlki fəaliyyətini kəskin tənqid edib.

"Bəzi hallarda USAID-in yalnız 10 %-ni, 11 %-ni, 12 %-ni, 13 %-ni alıcıya çatır. Qalanı isə əlavə xərclərə və bürokratiyaya gedib", - o bildirib.

Diplomat xarici yardım proqramlarının dondurulmuş qaldığını, lakin bir sıra hallarda bu cür proqramların davam etdirilməsinə imkan verən böyük istisnaların edildiyini təsdiqləyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12