Rubio: ABŞ NATO-dan çıxmağa hazırlaşmır

ABŞ NATO-dan çıxmaq niyyətində deyil, minlərlə Amerika əsgəri alyansın missiyalarına göndərilib.

"Report"un məlumatına görə, ABŞ dövlət katibi və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Marko Rubio bunu Slovakiyanın Baş naziri Robert Fitso ilə Bratislavada görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Biz NATO-dan çıxmırıq. Bir ölkədən digərinə bir neçə min əsgər göndərə bilərik, amma bu, həmişə belə olub", - o, Avropada yerləşən ABŞ Silahlı Qüvvələrinin bölmələrinin sayının azalması ilə bağlı xəbərlər fonunda Birləşmiş Ştatların NATO-dakı statusu haqqında suala cavabında deyib.

Rubio əlavə edib ki, ABŞ Avropa ölkələrinin alyansa artan təsirini müsbət inkişaf kimi görəcək və Avropanı tabe deyil, tərəfdaş kimi görmək istəyir. "Biz Avropadan ABŞ-nin vassalı olmasını istəmirik. Biz tərəfdaş olmaq, Avropa ilə işləmək istəyirik", - ABŞ dövlət katibi bildirib.

Digər xəbərlər