Qızları tərəfindən öldürülən Xaçaturyanın bacısında COVID-19 aşkarlandı

Qızları tərəfindən öldürülən Xaçaturyanın bacılarından birində koronavirus infeksiyası aşkar edilib.

"Report" REN TV-yə istinadən xəbər verir ki, Mixail Xaçaturyanın bacılarından biri Naira Xaçaturyan xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, onun əri Qennadi Muçaelyan və bacısı Marina da COVID-19-dan test analiz alınıb. Hazırda onların analizlərinin cavabları gözlənilir. 

Bildirilir ki, bu səbəbdən onlar avqustun 25-nə təyin olunan "Xaçaturyan bacıları"nın məhkəmə prosesində iştirak etməyəcəklər. 

Digər xəbərlər