Qırğızıstanda hökumət aparatının daha 15 əməkdaşı COVID-19-a yoluxub.
“Report” RİA “Novosti”yə isinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bununla da hökumət aparatının koronavirusa yoluxan əməkdaşlarının sayı 26-ya çatıb.
Xatırladırıq ki, bir neçə gün əvvəl dövlət başçısı Sooronbay Jeenbekovu Moskvaya səfər zamanı müşayiət edən nümayəndə heyətinin iki üzvündə - Prezident Aparatının xarici siyasət şöbəsinin müdiri Daniyar Sadıkovda və mühafizə xidmətinin bir əməkdaşında koronavirus aşkarlanmışdı.