Qətər tezliklə Suriyada səfirlik açacaq

Qətərin 2011-ci ildən fəaliyyət göstərməyən Suriyadakı səfirliyi yaxın vaxtlarda açılacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətəri Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsari QNA xəbər agentliyinə bildirib.

"Qətər səfirliyi zəruri prosedurlar başa çatdıqdan sonra yaxın vaxtlarda Suriyada fəaliyyətini bərpa edəcək", - o qeyd edib.

Digər xəbərlər