Qazaxıstanda helikopter qəzasında 13 hərbçi ölüb - YENİLƏNİB

Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçi ölüb.

"Report"un xəbərinə görə, bu barədə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yerə çırpılan helikopter tamamilə yanıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də təyyarə qəzasında 13 hərbçinin həlak olduğunu bəyan edib və onların ailələrinə başsağlığı verib. Hazırda hadisə yerində xüsusi komissiya işləyir. 


***27 mart. 19:42

Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

"Helikopterin göyərtəsində 13 nəfər olub", - Nazirliyin saytında qeyd olunub. 

Digər xəbərlər