Putin və Tramp Koreya yarımadasının nüvə probleminin həllini müzakirə edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı iki ölkə lideri Koreya yarımadasındakı nüvə probleminin həlli də daxil olmaqla böhran nöqtələrindəki vəziyyəti müzakirə edib.

Telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqlar zamanı həmçinin ikitərəfli münasibətlərin aktual məsələlərinə toxunulub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12