Prokopis Pavlopulos Yunanıstanın yeni prezidenti seçilib

Bakı. 19 fevral. REPORT.AZ/ Yunanıstan parlamenti fevralın 18-də ölkənin yeni prezidentini seçib.

"Report" xəbər verir ki, yeni dövlət başçısı mühafizəkar Prokopis Pavlopulos olub.

Pavlopulos bundan əvvəl Yunanıstanın daxili işlər naziri vəzifəsində çalışıb. Onun namizədliyini 180 parlamentari dəstəkləyib.

Digər xəbərlər