Pompeo: ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaqda qərarlıdır

Bakı. 27 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, ABŞ Əfqanıstanda sülhün əldə olunmasında və qoşunların bu ölkədən çıxarılmasında ciddi şəkildə qərarlıdır.

“Report” xəbər verir ki, o bunu öz "Twitter" mikrobloqunda yazıb.

"ABŞ sülhün əldə olunması, Əfqanıstanın beynəlxalq terrorçuluq meydanına çevrilməsi vəziyyətinin aradan qaldırılması və silahlı qüvvələrin evlərinə geri qayıtmasında ciddi şəkildə qərarlıdır", - deyə o bildirib.

Dövlət katibi əlavə edib ki, ABŞ Əfqanıstanın süverenlik və müsətəqilliyinin möhkəmləndirilməsinə can atır.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09