Polşanın paytaxtı Varşava yaxınlığındakı hərbi poliqonda baş verən partlayış nəticəsində iki mülki şəxs yaralanıb.
"Report"un yerli KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Hərbi Jandarmeriya məlumat yayıb.
"Mazoviya Hərbi Jandarm İdarəsi istehkamçılardan ibarət patrul ilə birlikdə Varşava-Rembertovda açıq-aşkar giriş qadağasına baxmayaraq, hərbi poliqon ərazisinə daxil olan partlayıcı qurğunun işə salınması nəticəsində iki mülki şəxsin yaralandığı təhqiqat aparır", - məlumatda bildirilir.
Qeyd olunur ki, partlayıcı qurğunun mənşəyi və hadisənin təfərrüatlı şəraiti əlavə araşdırma predmeti olacaq.