Belarus hazırdırsa, onda müharibəyə başlasın.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə NATO xarici işlər nazirlərinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, rəsmi Minskə xəbərdarlıq edib: “Qoy, cəhd etsin. Görək, kim qalib gələcək”.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 2-də rəsmi Minskin müharibəyə hazır olduğunu bildirib.