Polşa Ukrayna ilə bu ölkəyə "MiQ-29" qırıcı təyyarələrinin verilməsi barədə danışıqlar aparır.
"Report" xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin baş qərargahı "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, təyyarələrin verilməsi onların hədəf operativ resurslarına çatması, eləcə də Polşa Silahlı Qüvvələrində növbəti modernləşdirmə perspektivlərinin olmaması ilə əlaqədardır.
Həmçinin qeyd olunub ki, təyyarələrin verilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Təyyarələrin tədarükü ilə əlaqədar olaraq Ukrayna tərəfi ilə Polşaya pilotsuz uçuş aparatların və raketlərin müəyyən texnologiyalarının verilməsi barədə danışıqlar aparılır.