Polşa öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyə hazırdır.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moraveçki bildirib.
Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək istəyinə cavab olaraq Moraveçki deyib ki, ölkəsi NATO-nun nüvə silahının birgə istifadəsi proqramında iştirak etmək niyyətindədir.