Polşa öz hərbçilərini Ukraynaya göndərməyəcək.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında bildirib.
"Qəti surətdə bildirmək istəyirəm ki, bizim qoşunlarımız Ukraynada olmayacaq. Lakin biz onları (Ukraynanı - red.) dəstəkləyəcəyik və bu dəstək özünü həm də logistika və planlaşdırmada göstərəcək", - o qeyd edib.