PKK terrorçuları Vanda avtobusu atəşə tutub: 4 ölü, 2 yaralı

Bakı. 9 noyabr. REPORT.AZ/ PKK terror qruplaşmasının silahlıları Türkiyənin Van vilayətinin Başqala rayonunun İranla sərhəd ərazisində mikroavtobusu atəşə tutub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 3 kənd qoruyucusu və 1 mülki şəxs həlak olub.

Hücum zamanı daha iki kənd qoruyucusu yaralanıb. Yaralılar Başqala Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat başlayıb.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09