“Almaniya NATO-nun Vilnüsdə keçiriləcək sammiti zamanı Ukraynaya yeni yardım paketlərini açıqlayacaq”.
“Report” xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
“Bu istiqamətdə əvvəlki işlər demək olar ki, tamamlanıb”, - o vurğulayıb.
Qeyd edək ki, sabah NATO-nun Vilnüsdə keçiriləcək sammitində rəsmi Kiyevin Alyansa üzvlüyü məsələsi də müzakirə olunacaq.