Perunun Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 10 mini ötüb.
“Report” “TASS”a istinadən xəbər verir ki, müvafiq bəyanat milli hökumətin saytında dərc olunub.
Qeyd olunub ki, ölkədə 102 216 nəfər COVID-19 üçün testdən keçib, 10 303 nəfərin nəticələri müsbət olub.
Bildirilib ki, 230 nəfər koronavirus infeksiyası səbəbindən ölüb, 2 869 xəstə müalicə alaraq sağalıb.