Pentaqon İraqdan ABŞ-nin Suriyadakı bazasına 15 raket atıldığını bildirib

İraqdan ABŞ-nin Suriyadakı bazasına 15 raket atılıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Dekabrın 3-də ABŞ-nin Suriyadakı Rumeylandakı bazasına İraqdan 122 mm-lik 15 raket atılıb. Şəxsi heyət arasında itki olmayıb və ya avadanlıqlara ziyan dəyməyib”, – “X” sosial şəbəkəsində CENTCOM səhifəsində dərc edilmiş bəyanatda deyilib.

Qeyd olunub ki, “Inherent Resolve” əməliyyatını həyata keçirən əməliyyat qrupu raketlərin atıldığı yeri müəyyənləşdirib və bu məlumatları İraq təhlükəsizlik qüvvələrinə ötürüb.

Digər xəbərlər