Pakistanda polis maşını partlayıb, ölən və yaralananlar var

Pakistan şimal-qərbində Xayber-Paxtunxva əyalətində polis maşınının partlaması nəticəsində beş polis həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli polisə istinadən məlumat yayıb.

Bundan əlavə, hadisə zamanı yaxınlıqdan keçən üç nəfər yaralanıb.

Partlayışdan sonra polis ərazini mühasirəyə alıb və təqsirkarları ələ keçirmək üçün ətrafda axtarış əməliyyatına başlayıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Digər xəbərlər

Moldova MDB-dən çıxır 19 yanvar, 2026 / 22:20