Pakistanda törədilən partlayışda ölənlərin sayı 11 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 23 iyun. REPORT.AZ/ Pakistanın Bəlucistan əyalətinin Baş Polis İdarəsi binasının yaxınlığında törədilən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

“Report” “GEO” TV-yə istinadən xəbər verir ki, polis terrorçu-kamikadze olduğu ehtimal edilən naməlum şəxsin avtomobilini saxlayarkən o, partlayıcı qurğunu işə salıb.
İnformasiyaya əsasən, ölənlərin 4-ü polis əməkdaşıdır və daha 9 asayiş keşikçisi yaralanıb.


*** 09:52

Pakistanın Bəlucistan əyalətinin Baş Polis İdarəsi binasının yaxınlığında törədilən partlayış nəticəsində azı 6 nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” “Geo” telekanalına istinadən xəbər verir ki, hadisə əyalətin mərkəzi Kvetta şəhərində baş verib.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Digər xəbərlər