Pakistanda partlayış olub, 16 nəfər ölüb, 14 nəfər yaralanıb

Pakistanın Kəraçi şəhərinin Solcer Bazar rayonunda yaşayış binasında ehtimal olunan qaz partlayışı nəticəsində azı 16 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50