Bakı. 24 noyabr. REPORT.AZ/ Pakistanın Pişəvar şəhərində kamikadze öz motosiklini Hayber-Patunxva əyalətinin polis rəisinin müavininin avtomobilinə çırpıb. Nəticədə polis məmuru və onun mühafizəçisi həlak olub, 6 nəfər isə yaralanıb.
Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir.
Məlumata görə, əslində, kamikadzenin hədəfi Hayber-Patunxva şimal-qərb əyalətinin baş polis müfəttişi Əşrəf Nur olub.
Hadisə nəticəsində polis rəisinin müavininin avtomobili yanıb.
Xəsarət alan 6 polis əməkdaşı xəstəxanaya yerləşdirilib.
Hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib.