Pakistanda baş vermiş partlayışda ölənlərin sayı 37-ə çatıb

Bakı. 23 iyun. REPORT.AZ/ Pakistanın şimal-qərbindəki bazarda baş vermiş partlayışda ölənlərin sayı 37-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Agency France Presse" xəbər verib.

Yüksək vəzifəli məmurun sözlərinə görə, partlayış nəticəsində 37 nəfər həlak olub, 150-dən çox insan xəsarət alıb.

Partlayışın Paraçinar şəhərindəki ticarət mərkəzində, yerli sakinlərin Ramazan ayının başa çatması ilə əlaqədar alış-veriş etdikləri zaman törədildiyi bildirilir.

Qeyd edək ki, cümə günü Kvetta şəhərində, Bəlucistan vilayəti polisinin rəhbərinin ofisi yaxınlığında da partlayış törədilib. Nəticədə 11 nəfər həlak olub.

Digər xəbərlər

Serbiya parlamenti buraxılıb 09 sentyabr, 2026 / 14:48