Pakistan Prezidenti parlamenti buraxıb

Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı (parlamentin aşağı palatası - Red) buraxıb.

“Report” xəbər verir ki, bu barədə Pakistanın “Geo-TV” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pakistan parlamenti Baş nazirə etimadsızlıq təklifini rədd edib. Müzakirədə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib.

Daha sonra Pakistanın Nazirlər Kabineti buraxılıb, lakin Baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03